Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiyalı qapıçı, “Nyu-York Aylanders” klubunun üzvü İlya Sorokin Milli Xokkey Liqasının (NHL) tarixinə düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat liqanın rəsmi saytında yer alıb.
Sorokin bir oyunda 40-dan çox zərbə dəf etməklə keçirilən şatautların sayına görə rekord müəyyənləşdirib. “Nyu-Cersi Devils”ə qarşı keçirilən və 9:0 hesabı ilə başa çatan görüşdə rusiyalı qapıçı 44 zərbəni dəf edib. Bu, onun karyerasında 40-dan çox seyvlə başa vurduğu yeddinci “quru” oyunu olub.
“Aylanders” klubu da təsdiqləyib ki, Sorokin bu göstəricidə NHL tarixinin lideridir. O, bu nəticə ilə hərəsi altı belə şatauta malik olan Kreyq Anderson və Conatan Kuiki geridə qoyub.
Qeyd edək ki, İlya Sorokin 2020/2021 mövsümündən etibarən “Nyu-York Aylanders”in formasını geyinir. O, daha əvvəl Moskvanın ÇSKA klubunun heyətində çıxış edib və Qaqarin Kubokunun qalibi olub.
Aytəkin TOFİQQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.