ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Yeni il gecəsi Sabirabad rayonunda ictimai asayişi pozan 4 nəfər inzibati məsuliyyətə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Sabirabad şəhərində yerləşən “Darçın” kafesində qeydə alınıb.
Bayram gecəsi Kürdəmirin Qoçulu kəndindən yaxınlıqdakı Sabirabad rayonuna gedən Əlizamin, Asiman, Ramid və Siyasət adlı gənclər orada hesabın çoxluğuna görə dava-dalaş salıblar. Nəticədə polis əməkdaşları həmin şəxsləri saxlayıb.
Barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilən şəxslər dərhal məhkəməyə göndərilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslərin hər biri 100 manat cərimə edilərək sərbəst buraxılıb.
Aslan Vəliyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.