AZ

Penitensiar Xidmət deputata məxsus olduğu bildirilən şirkətə tender keçirmədən bu qədər vəsait ödəyəcək

 

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Qeydiyyat idarəsinin mövcud proqram bazasına texniki dəstəyə 63 000 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidməti “Ultra Technologies” MMC həyata keçirəcək.

 

Xidmət və MMC arasında bağlanan müqavilə üzrə satnalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Şirkətin qeyri-rəsmi deputat Tahir Mirkişiliyə məxsus olduğu bildirilir. MMC-nin qanuni təmsilçisi Məhəmməd Zülfüqar oğlu Zülfüqarlıdır.

 

Cabir

Tarix: 7 Yanvar 2026, 13:55   
Seçilən
15
pravda.az

1Mənbələr