AZ

Nəzrinin ölümünə görə həbs edilən həkim azadlıqda

30 yaşlı Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsi ilə bağlı həbs edilən cərrah Sənan Mehdiyevin apellyasiya şikayətinə baxılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Nəzrin Mansurlunun ölümü ilə bağlı plastik cərrahın MƏHKƏMƏSİ KEÇİRİLDİ


Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi yekun qərarını açıqlayıb.

Qərara əsasən, Sənan Mehdiyevin cəzası azaldılıb. Amnistiya aktı şamil edilməklə o, cəzadan tam azad edilib. S.Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə S.Mehdiyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 2 il azadlıqdan məhrum edilmişdi.

Bizim.Media

Seçilən
116
11
bizim.media

10Mənbələr