AZ

Yaponiya nükleer tənzimləmə qurumunun əməkdaşı Çində iş telefonu itirib

Yaponiyanın Nükleer Tənzimləmə Qurumu (NTA) əməkdaşlarından biri Çinə səfəri zamanı işlə bağlı gizli məlumatları saxladığı smartfonunu itirib.

Editor.az xəbər verir ki, hadisə noyabr ayında baş verib və telefon hələ də tapılmayıb.

Qurumun Sekretariatında çalışan həmin əməkdaş 6 noyabr tarixində Çinə etdiyi xüsusi səfər zamanı nükleer təhlükəsizliklə bağlı gizli məlumatları özündə əks etdirən iş telefonunu itirib. Hadisə həm qurum daxilində, həm də ictimaiyyət arasında ciddi narahatlıq yaradıb.

Qeyd edək ki, Sekretariat tərəfindən yayılan açıqlamada bildirilib ki, adı açıqlanmayan əməkdaş 3 noyabr 2023-cü ilədək Şanxayda olub və geri dönüş öncəsi hava limanındakı təhlükəsizlik yoxlaması zamanı telefonunu itirib. Hadisə barədə rəsmi məlumat 6 noyabrda verilib.

İtən iş telefonu Yaponiyada fəaliyyət göstərən nükleer obyektlərdə çalışan və terrorla mübarizə kimi kritik məsələlərlə məşğul olan sekretariat əməkdaşlarının ad və əlaqə məlumatlarını ehtiva edirdi. Belə məlumatların icazəsiz şəxslərin əlinə keçməsi, xüsusilə milli təhlükəsizlik baxımından ciddi risk olaraq qiymətləndirilir.

Nükleer Tənzimləmə Qurumu Sekretariatı oxşar halların təkrar olmaması üçün tədbirlər görəcəyini açıqlayıb. Bu çərçivədə, işçilərin iş yerində istifadə etdikləri smartfonları xaricə aparmalarının qadağan olunması kimi addımlar gündəmdədir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
48
editor.az

1Mənbələr