AZ

Maduronun “dişi pələng”i: Kimə itaət edəcək?

Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən həbs edilərək devrilməsindən sonra onun səlahiyyətlərini icra edən vitse-prezident Delsi Rodriges siyasi fiqur kimi diqqət mərkəzinə gəlib. 

Bu yaxınlara qədər siyasi kölgədə qalan və bəlkə də çoxlarının tanımadığı Delsi Rodrigesin kimliyi ilə bağlı xeyli suallar səslənir. Əsas müzakirələr isə xanım Rodrigesin Tramp tərəfindən Maduronun səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilmiş bir siyasətçi olduğu, yoxsa Venesuelanın əsl müdafiəçisi olacağı barədədir. 

“Cebheinfo.az” xəbər verir ki, Delsi Rodrigesin atası Corc Antonio Rodriges Venesuelada İnqilabi Solçu Hərəkatın fəalı olub. Sosialist inqilabının yaradıcısı və lideri olan Corc Antonio Rodriges öz ideyaları uğrunda partizan kimi savaşıb. O, 1976-cı ildə polisdə əsirlikdə saxlanılarkən ölüb. Onun ədalət axtarışında olan qızı Delsi hüquqşünas ixtisasına yiyələnməyi qərara alıb. 

Əvvəlcə Venesuelada, sonra Fransada hüquq təhsili alıb. Uqo Çavesin hakimiyyətə gəlişi Delsi Rodrigesin ailəsi üçün möhtəşəm qələbə və əvvəlki hökumətdən atasının şəxsi qisasının alınması üçün fürsət oldu. Bu istək Delsini nazir vəzifəsinə gətirib çıxarıb. 

Lakin onu əsl irəliləyiş Nikolas Maduronun dövründə gözləyirdi. Rabitə Nazirliyinə, sonra İqtisadiyyat Nazirliyinə və bir müddət Xarici İşlər Nazirliyinə rəhbərlik edən Delsi Rodriges Venesuelanın neft-qaz sektoruna məsul olan vitse-prezident vəzifəsinə qədər yüksəlib. Maduro Çavizm ideyalarına olan sədaqətinə görə Delsi Rodrigesi “Dişi pələng” adlandırırdı. 

Ağ Evin rəhbəri məhz vitse-prezident Rodrigesin prezident səlahiyyətlərini icra etməsinin düzgün olduğunu bildirdi. Beləliklə, Venesuelanın Konstitusiya Məhkəməsi dolayısı ilə Trampın siyasi sifarişini icra edərək prezident səlahiyyətlərinin icrasının vitse-prezident Delsi Rodrigesə keçməsi barədə qərar verib. 

Bu, ABŞ Prezidentinin Rodrigesi prezident kimi tanıması və onunla əməkdaşlıq etmək istəyi kimi şərh olunur. Qeyd edək ki, Delsi Rodrigesin qardaşı Corc Rodriges  hazırda Venesuela Milli Assambleyasının sədridir. 

Seçilən
69
1
cebheinfo.az

2Mənbələr