Azərbaycan I Liqa təmsilçisi “Şəfa” bir neçə futbolçu ilə yollarını ayıracaq.
İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik üç oyunçu ilə vidalaşmağa hazırlaşır. Söhbət Amil Yunanov, Seymur Rəhimov və Amir Ebrahimzadədən gedir.
Adıçəkilən futbolçular baş məşqçinin planlarına daxil deyil. Onlarla ən qısa vaxtda yollar ayrılacaq.
Xatırladaq ki, “Şəfa” klubu qış fasiləsinə lider yollanıb.