AZ

Yəməndə separatçı hökumətin başçısı vəzifədən uzaqlaşdırılıb

Yəməndə separatçı Cənubi Keçid Hökumətinin (CKH) başçısı Aydarus əl-Zübeydi vəzifəsindən azad edilib.

APA “Al Jazeera” kanalına istinadən xəbər verir ki, əl-Zübeydi danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına getməkdən imtina edərək qaçdıqdan sonra beynəlxalq ictimaiyyət tərəfindən tanınan Prezident Şurasının hökuməti tərəfindən vətənə xəyanətdə ittiham olunub.

Bir müddət harada olduğu məlum olmayan əl-Zübeydinin Aden şəhərində olduğu CKH tərəfindən təsdiqlənib.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanı Yəmən böhranının həlli məqsədilə Cənubi Keçid Hökumətinin başçısını Ər-Riyadda danışıqlara dəvət edib.

Cənubi Keçid Hökuməti isə Səudiyyə Ərəbistanına göndərdiyi heyətlə əlaqənin kəsildiyini bildirərək, rəsmi Ər-Riyadı əlaqəni bərpa etməyə çağırıb.

Seçilən
38
2
apa.az

3Mənbələr