ain.az bildirir, 525.az portalına istinadən.
Paytaxtdakı 96 və 239 nömrəli tam orta ümumi təhsil məktəblərində yeni təmayül tədris modeli tətbiq edilir. Tam orta təhsil səviyyəsində yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumi təhsil müəssisələrinin X sinfinə ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlər qəbul olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 525.az-a verilən məlumata görə, yeni təmayül tədris modelinin əsas məqsədi X-XI sinif şagirdlərinin maraq və meyillərinə uyğun olaraq fərdi inkişaf imkanlarını genişləndirməkdir.
Eyni zamanda müəllimləri təmayül siniflərində uyğun tədris şəraiti ilə təmin etmək, keyfiyyətli və məqsədyönlü təhsil mühiti yaratmaq, eləcə də orta təhsil pilləsində təmayülləşmənin səmərəliliyini artırmaqdan ibarətdir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.