Sabunçu rayonunda maşın sərxoş kişini vurub. 1news.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Belə ki, 1987-ci il təvəllüdlü Toğrul Süleymanov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalta uzanan 2003-cü il təvəllüdlü Kənan Əmirovu vurub. O, xəstəxanada həyatını itirib. Faktla bağlı cinayət işi başlanılıb.