AZ

Azərbaycanda yumurta qıtlığı yaranıb? - RƏSMİ

“Son günlər sosial şəbəkələrdə və bir sıra internet resurslarında “Bravo” marketdə yumurta satışına limit qoyulduğuna dair məlumat və fotolar paylaşılır. Bu paylaşımlar Azərbaycanda süfrə yumurtası qıtlığının yaranmasına dair rəy formalaşdırır”.

Bu fikirləri “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxraxcatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli deyib. 

O bildirib ki, ölkədə yumurta təminatı sahəsində hər hansı çatışmazlıq yoxdur: 

“Biz o foto ilə bağlı araşdırma apardıq. “Bravo” marketlər şəbəkəsi bayram ərəfəsində yumurta qiymətlərinə endirim tətbiq edib, satış sayına məhdudiyyət qoyub. Bu, marketinqdə geniş tətbiq olunan təcrübədir. Satış şəbəkəsi bir malın qiymətini endirməklə yanaşı, onun bir nəfərə satış həcminə də məhdudiyyət tətbiq edir. 

Azərbaycanın quşçuluq təsərrüfatları hazırda ölkənin tələbatından da artıq yumurta istehsal edirlər. Hazırda ölkədə süfrə yumurtasına olan gündəlik tələbat 4,7-4,8 milyon ədəd təşkil edir. İstehsal isə 5-5,2 milyon ədəd arasındadır. Yəni gündəlik istehsal tələbatı üstələyir, hər hansı qıtlıqdan söhbət belə gedə bilməz”. 

Seçilən
65
3
cebheinfo.az

4Mənbələr