AZ

İran ordusu etirazlarla bağlı xəbərdarlıq etdi

BAKI, 7 yanvar. TELEQRAF

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Xatəmi ölkədə baş verən etirazlarla bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.

Onun sözlərinə görə, etirazlar istənilən ölkə üçün normal və təbii haldır:

"Qeyri-adi və qəbuledilməz olan isə etirazların qısa müddətdə iğtişaşlara çevrilməsidir. Bu cür hadisələr İran xalqının mədəniyyətinə və xarakterinə uyğun deyil və açıq şəkildə düşmən qüvvələr tərəfindən planlaşdırılıb".

O, həmçinin xəbərdarlıq edərək deyib ki, əgər düşmən tərəf hər hansı səhvə yol verərsə, İran buna daha sərt və qətiyyətli cavab verəcək:
"İstənilən təcavüzkarın əlini kəsəcəyik".

Seçilən
78
3
teleqraf.com

5Mənbələr