AZ

Sabah Azərbaycan Basketbol Liqasının 12 ci turunda iki oyun keçiriləcək

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Sabah Azərbaycan Basketbol Liqasının 12-ci turunda iki oyun keçiriləcək.

XQ xəbər verir ki, B qrupunda oynanacaq matçlarda “Sərhədçi” “Lənkəran”ı, “Quba” isə “Ordu”nu qəbul edəcək.

“Sərhədçi” “Lənkəran” qarşılaşması “Sərhədçi” İdman Mərkəzində, saat 20:00-da start götürəcək.

Digər oyun isə Quba Olimpiya İdman Kompleksində saat 15:00-da keçiriləcək.

Qeyd edək ki, qrupda “Ordu” 22 xalla birinci, “Quba” 15 xalla üçüncü, “Sərhədçi” 15 xalla dördüncü, “Lənkəran” isə 14 xalla beşinci yerdə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
3
xalqqazeti.az

4Mənbələr