Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan Mərkəzi Bankının (AMB) yeni inzibati binasında tikinti-quraşdırma işləri başa çatıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq AMB-dən bildirilib.
Bildirilib ki, qurumun binada fəaliyyətə başlaması tarixinə dair ətraflı məlumat veriləcək.
Xatırladaq ki, AMB-nin 37 mərtəbədən ibarət yeni inzibati binanın sahəsi 68 min kv.metr, hündürlüyü isə 168 metrdir. Binanın detallı layihələndirməsi və tikintisi üçün tender 2020-ci ildə elan edib. 2021-ci ildə isə Türkiyənin “Tekfen İnşaat və Təsisat” şirkəti tenderin qalibi olub və onunla 218 milyon avro dəyərində müqavilə imzalanıb.
AzPost.az
Paylaş
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.