AZ

İsrailin Livanın cənubuna hücumu - 4 nəfər həlak olub

İsrail ordusunun Livanın cənubuna endirdiyi hava hücumları nəticəsində dörd nəfər ölüb. 

Missiya.Az xəbər verir ki, hücumlar Xirbet Silm və Kafr Dunin şəhərlərini hədəf alıb.

Livan mediasının məlumatına görə, İsrail ordusu Nəbatiyyə əyalətinin Bint Cbeyl rayonundakı Xirbet Silm şəhərində bir evi bombalayıb. Hücum nəticəsində iki nəfər həlak olub. Eyni zamanda, Kafr Dunin şəhərinə edilən hava hücumu nəticəsində də iki nəfər həyatını itirib.

İsrail ordusunun sözçüsü Aviçay Adraee sosial media hesabında verdiyi açıqlamada Xirbet Silmdəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Adraee iddia edib ki, İsrail ordusu hücum zamanı Xirbet Silmdəki "Hizbullah üzvlərini" hədəf alıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
23
missiya.az

1Mənbələr