AZ

Oman beynəlxalq maliyyə mərkəzi yaratmağı planlaşdırır

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oman Sultanlığı qanunvericilik, inzibati və tənzimləyici müstəqilliyə malik olan beynəlxalq maliyyə mərkəzi yaratmaq niyyətindədir.

Qurum qlobal standartlara cavab verəcək yeni maliyyə və məhkəmə sisteminə əsaslanacaq.

AZƏRTAC Oman Xəbər Agentliyinə istinadla bildirir ki, Oman Beynəlxalq Maliyyə Mərkəzinin yaradılması barədə qərar Nazirlər Kabinetinin bu gün keçirilən iclasında təsdiq edilib.

Mərkəz investisiyalar, kommersiya bankları, İslam bankçılığı, maliyyə və sığorta xidmətləri və digər dəstəkləyici fəaliyyətlər üzrə ixtisaslaşmış beynəlxalq maliyyə qurumları üçün cəlbedici bir mühit yaratmaq, eləcə də bilik mübadiləsini asanlaşdırmaq və maliyyə sektorunda daha yüksəkkeyfiyyətli iş yerləri təmin etmək məqsədi daşıyır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
76
3
cebheinfo.az

4Mənbələr