AZ

Toyda oğurluq edən 23 yaşlı gənc həbs olundu

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ saray” şadlıq sarayında toyda masanın üzərinə qoyulan telefon oğurlanıb.

"Cebheinfo.az" Teleqraf-a istinadən xəbər verir ki, hadisəni törədən Kərim Məmmədov (ad-soyad şərtidir) inzibati qaydada 23 gün müddətinə həbs olunub.

Maraqlıdır ki, 23 yaşlı gənc telefonu oğurladıqdan sonra vatsap tətbiqinə daxil olaraq, telefon sahibinin adından onun tanışlarından borc pul istəyib və 230 manat mənimsəyib.

O, vətəndaş Əlihüseyn Kərimovun müraciəti əsasında Binəqədi polisi tərəfindən saxlanılıb. Təqsirləndirilən şəxs əməli etiraf etsə də, dəymiş ziyanı ödəməyə maddi imkanı olmadığını bildirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
5
cebheinfo.az

6Mənbələr