Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bu barədə İsrail mətbuatı açıq kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb. Belə iddia irəli sürülüb ki, Vaşinqtonun hazırlığı Prezident Donald Trampın İrana mümkün hücum əmri ilə əlaqədardır. Belə ki, bu ölkədə dekabrın 28-dən etibarən başlayan kütləvi etiraz aksiyaları fonunda Donald Tramp İran xalqına müraciət ünvanlamış, onlara hər an "dəstək" göstərə biləcəyini söyləmişdi. Məlumata əsasən, sözügedən təyyarələr ABŞ-nin həm öz ərazisində, həm də Britaniyada yerləşən aviabazalarından Yaxın Şərqə göndərilib. "Times" qəzeti öz mənbələrinə istinadən yazır ki, ABŞ-yə məxsus azı 14 ədəd "C-17 Globemaster" nəqliyyat təyyarəsi və 2 ədəd ağır silahlanmış "AC-130J Ghostrider" helikopteri Britaniyanın Safokl və Qlosterşir qraflıqlarında yerləşən üç aviabazaya enib: "Həmin təyyarələrdə isə, mümkündür ki, xüsusi əməliyyatlarda işlədilən azı 5 ədəd "MH-60M Black Hawk" və 1 ədəd "MH-47G Chinook" helikopteri var". Bu iddialarla əlaqədar nə ABŞ-nin, nə də Britaniyanın müdafiə nazirlikləri hələlik rəsmi məlumat yaymayıb. Mütəxəssislərin fikrincə, mümkün hazırlıq ABŞ-nin İrana qarşı gözlənilən hücumundan xəbər verir. Çünki 2025-ci ilin iyun ayında da Vaşinqton İranın nüvə obyektlərini bombalamazdan qabaq oxşar tərzdə hazırlıq görmüşdü.

İran qarışır, ABŞ hədələyir, Rusiya qonaq gözləyir
Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 26-sına, ümumilikdə 78 şəhərə yayılıb. Məlumata əsasən, aksiyalarda indiyədək azı 19 nəfər ölüb, 50-dən çox insan yaralanıb. ABŞ Prezidenti Donald Tramp yanvarın 2-də İran xalqına müraciət ünvanlayaraq diqqətə çatdırıb ki, Vaşinqton onlara hər an dəstək göstərməyə hazırdır. Rəsmi Tehran bu hədə-qorxunu pisləyib. Eyni zamanda, ölkədə etiraz dalğası fonunda ali dini lider Əli Xameneinin ailə üzvləri və köməkçiləri ilə birlikdə Moskvaya qaça biləcəyi diqqətə çatdırılır. Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.