Qəzet və jurnalın təsisçisi "Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti" MMC ləğv olunduğunu elan edib.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerləşdiyi ünvana - Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr., ev 139, mənzil 139 ünvanına təqdim edə bilərlər.
Əmlak Məsələləri Dövlət Xidmətindən Oxu.Az-a bildirilib ki, qəzet və jurnal uzun müddətdir çap olunmur:
"Hazırda bununla bağlı müvafiq hüquqi prosedurlar həyata keçirilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31