Hacıqabul rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (3 kişi, 2 qadın) yanvarın 7-i saat 09:40 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Şirvan Şəhər Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 2 nəfərin (1 kişi, 1 qadın) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır.