AZ

Teleqüllədə bu işlərə 749 min manat xərclənəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin (İB) Bakı Teleqüllə Kompleksində müayinə və layihələndirmə işləri həyata keçiriləcək.

Ölkə.az xəbər verir ki, bununla bağlı İB hazırlıqlara başlayıb.

Məlumata görə, kompleksdə mühəndis-kommunikasiya sistemlərinin (o cümlədən yanğın təhlükəsizliyinin) müayinəsi, xüsusi texniki şərtin hazırlanması və layihələndirmə işlərinin görülməsi nəzərdə tutulur. Bu işlərin 749 min manata başa gələcəyi gözlənilir.

Seçilən
97
4
olke.az

8Mənbələr