AZ

Suriyada döyüşlər: uçuşlar dayandırıldı, məktəblər bağlandı

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Suriya hakimiyyəti Əl-Əpəpo beynəlxalq hava limanının müvəqqəti bağlanması və təhsil, dövlət müəssisələrinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Suriya TV” məlumat yayıb. 

“Qərar Suriya Demokratik Qüvvələri (SDF) ilə toqquşmalardan sonra qəbul olunub. Suriya Mülki Aviasiya Baş İdarəsi bildirib ki, Əl-Əpəpo hava limanına bütün uçuşlar 24 saat müddətinə dayandırılır; bu tədbir preventiv və müvəqqəti sayılır. Bu dövr üçün planlaşdırılmış bütün uçuşlar Dəməşq beynəlxalq hava limanına yönləndiriləcək”, -məlumatda bildirilib.

Qeyd edək ki, yanvarın 6-da Hələb şəhərində Suriya hökumət qüvvələri ilə kürd yönümlü və ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələri (SDQ) arasında silahlı toqquşmalar baş verib. Qarşıdurmalar nəticəsində azı üç mülki şəxs və bir hərbçi həlak olub, doqquz nəfər isə yaralanıb.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
globalinfo.az

1Mənbələr