Donald Tramp Qrenlandiyanı işğal etmək deyil, satın almağı planlaşdırır.
Redaktor.az “The New York Times”a istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Konqresdə bildirib.
Tramp elə həmin gün köməkçilərinə yenilənmiş planı təqdim etməyi tapşırıb.
Konqresin brifinqində əsas diqqət Venesuelaya yönəldi, lakin qanunvericilər ABŞ prezidenti və onun baş köməkçisi Stiven Millerin bu həftə etdiyi aqressiv açıqlamaları nəzərə alaraq Trampın Qrenlandiya ilə bağlı niyyətlərindən narahat olduqlarını bildiriblər.
Rubio Qrenlandiyanı almaqla nə demək istədiyini açıqlamayıb.