Şamaxıda iki avtomobil toqquşub.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda qeydə alınıb. "Tofaş" və "Opel" markalı avtomobillər toqquşub, daha sonra yoldan çıxaraq maneələrə çırpılıblar.
Hadisə nəticəsində 1985-ci il təvəllüdlü Azər Əliyev,1981-ci il təvəllüdlü Mətanət Əzizova, 1975-ci il təvəllüdlü Elminaz Əzizova xəsarət alaraq Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.