“Sabah” yarımmüdafiəçi Umarali Raxmonaliyevin transfer hüququna yiyələnib.
İdmanxeber.az-ın məlumatına görə, Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiyanın “Rubin” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.
Umarali ilə yeni 3 illik müqavilə imzalanıb.
Paytaxt təmsilçisi futbolçu üçün qarşı tərəfə təzminat da ödəyib. Özbək oyunçunun “Transfermarkt”dakı dəyəri 400 min avro göstərilsə də, “bayquşlar” bu qədər ödəməyib.
Əldə etdiyimiz məlumata görə, “Sabah” Umaralinin transferi üçün Rusiya klubuna 300 min avro civarında transfer haqqı verib.
Qeyd edək ki, 22 yaşlı futbolçu 2025-ci ilin yanvar ayından “Sabah”ın üzvüdür. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.