Bakıda mənzildə 87 yaşlı qadının meyiti tapılıb.

Leqal.info xəbər verir ki, hadisə yanvarın 5-də Nərimanov rayonunda baş verib.

Məlumata əsasən, 1938-ci il təvəllüdlü Nadejda İvanovna Əsədovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı M.Qaşqay küçəsindəki mənzildə tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info