AZ

ABŞ onlarla təyyarəni Yaxın Şərqə yerləşdirdi: İrana hücum başlayır?

ABŞ onlarla hava yanacaqdoldurma təyyarəsi və ağır hərbi nəqliyyat təyyarəsi olan C-5 və C-17 “Globemaster”in Yaxın Şərqə genişmiqyaslı yerləşdirilməsinə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Qeyd olunur ki, həm ABŞ-da, həm də Böyük Britaniyada yerləşən Amerika hava bazalarından təsirli bir təyyarə donanması köçürülür.

“The Times” qəzeti öz növbəsində yazır ki, ötən şənbə günündən bəri ən azı 14 “C-17 Globemaster” nəqliyyat təyyarəsi və iki ağır silahlanmış “AC-130J Ghostrider” helikopteri Saffolk və Qlosterşirdəki Kral Hərbi Hava Qüvvələri bazasına eniş edib.

Qəzetin məlumatına görə, "Globemaster"in göyərtəsində xüsusi əməliyyatlarda istifadə edilən ən azı beş “MH-60M Black Hawk” və bir “MH-47G Chinook” helikopteri ola bilər.

Seçilən
31
4
publika.az

5Mənbələr