“Lockheed Martin” şirkəti ABŞ hökuməti ilə hava və raketdən müdafiə sahəsində strateji istehsal həcmini artırmağa yönəlmiş yeni çərçivə sazişi imzalayıb.
“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, razılaşmaya əsasən, şirkət PAC-3 MSE (“Patriot Advanced Capability – 3 Missile Segment Enhancement”) raketlərinin illik istehsalını yeddi il ərzində 600 ədəddən 2000 ədədə yüksəldəcək.
“İstehsal avadanlıqlarımız, sınaq (test) qurğularımız və 13,000+ tədarükçüdən ibarət şəbəkəmiz təchizat zəncirinin dayanıqlığını daha da gücləndirir”, – deyə şirkətdən bildirilib.
Xatırladaq ki, ötən ilin sentyabrında ABŞ Ordusu və “Lockheed Martin” arasında 1970 ədəd PAC-3 MSE tutucu raketi və əlaqəli avadanlıqların istehsalı üçün 9.8 milyard dollar dəyərində müqavilə imzalanıb.