İcbari Sığorta Bürosu ISO (International Organization for Standardization) beynəlxalq standartları üzrə beynəlxalq sertifikatlara layiq görülüb.
ISO 9001:2015 Keyfiyyət idarəetmə sistemi və ISO/IEC 27001:2022 İnformasiya təhlükəsizliyi idarəetmə sistemləri üzrə əldə olunan sertifikatlar ISO standartının tələblərinə uyğunluğu qiymətləndirmək məqsədilə aparılmış auditin nəticələri əsasında verilib.
Aznews.az xəbər verir ki, Büronun fəaliyyəti qiymətləndirilərkən 3 əsas istiqamət müəyyən edilib:
· İcbari sığorta sektoru üçün mərkəzləşdirilmiş informasiya idarəetmə platformasının və rəqəmsal həllərin təmin edilməsi,
· Kompensasiya və subroqasiya fəaliyyətinin Qarantiya fondu çərçivəsində idarə olunması,
· Yaşıl kart sığortası əməliyyatlarının "Yaşıl Kart" Beynəlxalq Sığorta Sistemi çərçivəsində koordinasiyası.