"mygov" rəqəmsal hökumət platforması vətəndaşlara aid məlumat və sənədlərə rahat çıxış imkanı yaratmaq məqsədilə daha bir yenilik təqdim edir. Artıq valideynlər 18 yaşdan kiçik övladlarının laborator analiz nəticələrini birbaşa "mygov" üzərindən rəqəmsal formada əldə edə bilərlər.
Aznews.az xəbər verir ki, Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə əməkdaşlığı nəticəsində həyata keçirilib.
Valideynlər platforma üzərindən övladlarına aid analiz tarixi, tibb müəssisəsinin adı, nümunə nömrəsi kimi məlumatları görə və analiz nəticələrini elektron formatda (PDF) yükləyə bilərlər. Bu isə tibb müəssisəsinə əlavə müraciət ehtiyacını aradan qaldıraraq xidmətlərin əlçatanlığını artırır.
Qeyd edək ki, yalnız şəxsiyyət vəsiqəsi olan şəxslərin (övladların) analiz nəticələrini platforma üzərindən əldə etmək mümkündür.
Məlumatlar həm veb platformada, həm də mobil tətbiqdə əlçatandır.
Məlumatı əldə etmək üçün:
· Platformanın əsas səhifəsində "Xidmətlər" bölməsinə keçid edilir;
· "Ailə" və ya "Sağlamlıq" kateqoriyası seçilir;