AZ

Zidanın oğlu Afrika Millətlər Kubokunda ilkə imza atdı

"Qranada"nın qapıçısı Luka Zidan 2025-ci il Afrika Millətlər Kubokunda rekord müəllifi olub.

Fanat.Az xəbər verir ki, o, Əlcəzair milli komandasının heyətində Konqo Demokratik Respublikası ilə 1/8 finalı matçnda (1:0) qapısını toxunulmaz saxlayıb.

O, debüt etdiyi qitə yarışında 3 oyundan heç birində qol buraxmamaqla ilkə imza atıb. "Stats Foot"-un məlumatına görə, indiyə qədər heç bir əlcəzairli qapıçı bunu bacarmamışdı.

Luka əfsanəvi Zinəddin Zidanın ikinci oğludur. Onun 27 yaşı var. O, Əlcəzair millisində debütünü 2025-ci ilin oktyabrında edib.

Seçilən
36
1
fanat.az

2Mənbələr