Yanvarın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 3 tapança, 4 qumbara, 1 alışdırıcı, 25 tüfəng, 16 patron darağı və 265 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Həmçinin bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 5-də ümumi çəkisi 10,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.