AZ

QHT-nin 01.01.2025-31.12.2025-ci ilin hesabat dövrü üçün hesabatı - FOTOLAR

  1. Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Ödənişsiz hüquqi xidmət” aksiyası çərçivəsində 112 nəfərə ödənişsiz hüquqi xidmət göstərilib.
  2. “Yalnız özün üçün deyil” sosial dəstək aksiyası çərçivəsində 24 ailəyə ərzaq yardımı təqdim edilib, 5 icmada azyaşlılarla görüş təşkil edilib və hədiyyələr təqdim olunub.
  3. 01 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar “Sağlam gələcək üçün” aksiyası keçirilib. Terapevt Kənan Qarayev və həkim personalı tərəfindən  37 nəfər azyaşlı ödənişsiz müayinə olunub.
  4. 15 İyun Milli Qurtuluş Günü münasibətilə 50 nəfər məktəb yaşlı uşaqla görüş təşkil edilib, tədbirdə Milli Qurtuluş Gününün mahiyyətindən bəhs olunub və iştirakçılara hədiyyələr təqdim edilib,.
  5. Dörd ildir davam edən “Məktəbliyə Dəstək” aksiyası çərçivəsində 50 nəfər məktəbliyə məktəb ləvazimatı və məktəbli geyimi təqdim olunub
  6. “Məktəblinin izi ilə” aksiyası çərçivəsində ənənələr davam etdirilib. 12 nəfər məktəblinin məktəb ləvazimatı üçün ehtiyaclarının təminatına dəstək verilib.
  7. “Little Readers Big Dreamers” aksiyası çərçivəsində 71 nəfər məktəbliyə kitablar və müxtəlif hədiyyələr təqdim edilib.
  8. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə Neftçala rayonu üzrə kənd yerində yaşayan  45 nəfər azyaşlı və məktəb yaşlı uşaqlarla görüş təşkil olunub və  hədiyyələr təqdim edilib.
  9. Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən kənd yerində xidmətlərə əlçatanlığı təmin etmək və ehtiyaclara dəstək vermək üçün icma mərkəzi yaradılıb.
  10. 2026 -cı ildə Azərbaycanın ev sahibliyi edəcəyi «Urban Forum Baku 2026» beynəlxalq tədbirə hazırlıq prosesinə başlanılıb. 9 nəfər yeniyetmə qız ekosəfir qızlar proqramı çərçivəsində təlimlərə qoşulub. 9 EcoGirls qızların üzv olduğu Ecoklubun yaradılması üçün 3 nəfər Mentor təlim keçib.
  11. İcma Mərkəzində kitabxana yaradılıb. Həmin kitabxanada hər kəsin əlçatanlığını təmin edən xidmətlər təşkil edilib.
  12. Üzvlərin Özünüinkişaf istiqamətində təlimlərdə iştirakı üçün vasitələr axtarılıb, 4 nəfər Bakı şəhərində təlimlərə qoşulmağa müvəffəq olub, Aİ, Mühasibatlıq, SMM, Marketinq təlimlərində 7 nəfərin iştirakı təmin olunub.
  13. Kənd yerində yaşayan 5 nəfər yeniyetmə komputer biliklərinə yiyələnmək imkanı əldə edib.
  14. Müxtəlif yerli təşkilatlarla əməkdaşlıq əlaqələri inkişaf etdirilib, onların fəaliyyətlərinin bir hissəsi olaraq həssas ailələrin faydalanmasına imkan yaradılıb.
  15. Yeni yaranmış İcma Mərkəzinin inkişafı istiqamətində biliklərin əldə olunması üçün araşdırmalar aparılıb, təlimlərdə iştirak təmin olunub. Təlimlərdə Dövlət qurumları və özəl sektor nümayəndələrinə məqsədlər, vəzifələr, fəaliyyətlər, gözləntilər və nəticələr barədə təqdimatlar  edilib, uygun xidmətlər barədə məlumatlar əldə olunub və əlaqələr yaradılıb.

2025-ci ildə Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi fəaliyyətini Dövlət prioritetlərinə və DİM 3, DİM 4, DİM 5, DİM 8, DİM 11, DİM 17 məqsədlərinə uyğun olaraq həyata keçirib.

Seçilən
43
qht.az

1Mənbələr