AZ

Tramp: "Hindistan Rusiyadan neft idxalını azaldıb"

BusözləriABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda respublikaçı siyasətçilər qarşısında çıxışında dilə gətirib. O, keçən ilin noyabr ayında da oxşar iddia irəli sürmüş, bu səbəbdən Hindistan malları üçün idxal tarifinin gələcəkdə azaldılacağınısöyləmişdi.

Britaniyanın "Reuters" xəbər agentliyi də yanvarın 2-də öz mənbələrinə istinadən bu barədə məlumat yayıb. Belə ki, Hindistanda hökumət yerli emal zavodlarından Rusiya və ABŞ neftinin idxalına dair həftəlikhesabat istəməyəbaşlayıb:

"Bu vəziyyətdə Hindistana Rusiyadan neft idxalı yaxın aylarda azala, hətta gündə 1 milyon barel həcminə düşə bilər".

Xatırladaq ki, Vaşinqton Rusiyadan böyük miqdarda neft alışına görə Hindistan üçün idxal tarifini 50%-dək artırmışdı.

Firudin Həmidli
AzVision.az
Seçilən
28
azvision.az

1Mənbələr