Azvision saytından alınan məlumata görə, ain.az bildirir.
Britaniyanın "Reuters" xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb ki, Eydərus Əl-Zübeydi təyyarə ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə getməli, hökumət nümayəndələri ilə danışıqlar apamalı idi. Hərçənd hazırda ondan hər hansı xəbər yoxdur. Xatırladaq ki, 2025-ci ilin dekabr ayının əvvəlindən bəri Yəmən Prezident Rəşad Əl-Əlimi və Eydərus Əl-Zübeydi arasında münaqişə başlayıb. Belə ki, separatçı qüvvənin rəhbəri ölkənin Həzrəmövt və Əl-Məhrə əyalətlərini ələ keçirərək, cənubi Yəmən dövlətini yenidən qurmağa çalışır. Onun nüfuzunun tədricən bütün ölkəyə yayıldığı bildirilir. Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.