AZ

İranda “Mossad”a işləyən şəxs edam olundu

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

İran İsrailin “Mossad” kəşfiyyat agentliyinin xeyrinə casusluqda ittiham olunan Əli Ərdastaninin edam hökmünü icra edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, hökm Ali Məhkəmənin onun barəsində çıxarılan ölüm hökmünü təsdiqləməsindən və məhkəmə prosesinin tam şəkildə başa çatmasından sonra icra olunub.

Ərdastani İsrailin “Mossad” kəşfiyyat və təhlükəsizlik xidmətinin xeyrinə casusluqda, eləcə də ölkəyə aid həssas və məxfi məlumatları İsrailə ötürməkdə təqsirli bilinib.

İş materiallarına görə, Ərdastani “Mossad” tərəfindən onlayn şəkildə əməkdaşlığa cəlb edilib və razılaşdırılmış ödənişlər və yalan vədlər qarşılığında ona tapşırılan missiyaları yerinə yetirib.

Məhkəmə sənədləri, əsaslandırıcı sübutlar və səmimi etiraflar göstərir ki, Ərdastani “Mossad” zabitlərinin rəhbərliyi altında fəaliyyət göstərərək agentliyə müəyyən məkanların görüntülərini və hədəf şəxslər barədə məlumatları təqdim edib. Hər bir tapşırıqdan sonra o, kriptovalyuta ilə ödəniş alıb.

İşdə həmçinin qeyd olunur ki, Ərdastani İranda müxtəlif yerlərdə “Mossad”la əlaqəli olduğu müəyyən edilmiş şəxslərlə şəxsən görüşərək topladığı məlumatları, foto və videomaterialları ötürüb, bundan sonra isə yeni tapşırıqlar alıb.

Məhkəmə prosesinin bir neçə mərhələsində Ərdastani “Mossad” zabitləri ilə birbaşa əlaqədə olduğunu tam dərk etdiyini və İranın düşmənlərinə şüurlu şəkildə dəyərli məlumatlar ötürdüyünü etiraf edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
1
yeniavaz.com

2Mənbələr