AZ

Bakıxanovda it kabusu : Bir ayda 65 nəfər xəsarət alıb

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Son 1 ay ərzində Bakıxanov qəsəbəsində yerləşən mərkəzi polikilinikaya 65 nəfər it dişləməsi ilə əlaqədar müraciət edib.

Bunu Modern.az-a 27 saylı Sabunçu II seçki dairəsinin deputatı Arzuxan Əlizadə bildirib.

“Rayon ərazisində sahibsiz itlərlə bağlı ciddi problem var. Mənə seçicilər sahibsiz itlərlə bağlı müraciət etdilər. Məlum oldu ki, ötən 1 ay ərzində Bakıxanov qəsəbəsində yerləşən xəstəxanaya 65 nəfər it dişləməsi ilə bağlı müraciət edib. Bu çox ciddi məsələdir. İcra hakimiyyətinin şöbə müdiri və əlaqədar strukturlarla da danışdım. Dərhal reaksiya verdilər”, - deputat deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
6
modern.az

7Mənbələr