AZ

Bu kollecə yeni təyinat oldu - FOTO

Şamaxı Dövlət Regional Kollecinə yeni rəhbər təyinatı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Bildirilib ki, Agentliyinin müvafiq əmrinə əsasən Vasif Müslümov Şamaxı Dövlət Regional Kollecinə direktor müavini vəzifəsinə təyin olunub və eyni zamanda ona direktor vəzifəsinin icrası həvalə edilib.

Yeni təyin olunan rəhbər şəxs kollektivə təqdim edilib. Yeni təyinatla bağlı kollecdə keçirilən təqdimat mərasimində Agentliyin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov Vasif Müslümovu kollektivə təqdim edib.

Qeyd edək ki, V.Müslümov sonuncu təyinata qədər Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə ekspert kimi fəaliyyət göstərib.

Seçilən
100
6
redaktor.az

10Mənbələr