Paytaxtın Nəsimi rayonu 3-cü mikrorayon dairəsi ətrafında parking yaradılıb.
Milli.Az-ın məlumatına görə, körpü infrastrukturu boyu 20 Yanvar dairəsinə doğru M. Cəfərov küçəsində yaradılan paringin ödənişli olacağı bildirilir.
Qeyd edək ki, bundan əvvəl 3-cü mikrorayon dairəsi, körpünün alt hissəsində qanunsuz taksi və sərnişin daşıma xidməti göstərən avtomobillər dayanırdı. Daha sonra isə ərazinin ətrafına dəmir məhəccərlər quraşdırılmışdı.
Mina Mikayılova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
