Venesuelada ABŞ-nin Nikolas Maduronu saxlamasından sonra baş verən hadisələri izləyən xarici mətbuat nümayəndələri təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Ən azı 14 jurnalistin həbs olunduğu bildirilir.
"Cebheinfo.az" xəbər verir ki, Venesuelada ABŞ qüvvələrinin dövlət başçısı Nikolas Maduronu saxlamasından sonra yaranan vəziyyəti işıqlandıran xarici media qurumlarında çalışan jurnalistlər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Venesuelada media işçilərini təmsil edən həmkarlar ittifaqının açıqlamasına görə, bazar ertəsi günü paytaxt Karakasda ən azı 14 jurnalist saxlanılıb.
Saxlanılanların əksəriyyətinin xarici media qurumlarında çalışdığı, jurnalistlərin sonradan sərbəst buraxıldığı, bir mətbuat nümayəndəsinin isə ölkədən deportasiya edildiyi bildirilib.
Qeyd olunur ki, jurnalistlər Milli Assambleya ətrafında, Altamira rayonunda və Karakasın müxtəlif bölgələrində saxlanılıb.
Kolumbiya və İspaniya vətəndaşı olan iki jurnalistin də Kolumbiya sərhədində qısa müddətlik saxlanıldığı qeyd olunub.
Mətbuat həmkarlar ittifaqı ölkədə hələ də saxlanılan çox sayda media işçisinin olduğunu bildirərək onların azadlığa buraxılmasına çağırış edib.
Beynəlxalq təşkilatlar isə Venesuelada mətbuat və ifadə azadlığı ilə bağlı narahatlıqların davam etdiyinə diqqət çəkir.