AZ

Mərkəzi Bankın valyuta ehtiyatları AÇIQLANDI

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11,515 milyard ABŞ dolları təşkil edib.

Bizim.Media bu barədə AMB-yə istinadən xəbər verir.
 

Məlumata görə, bu, ötən ilin dekabrın 1-i ilə müqayisədə 81,1 milyon ABŞ dolları və ya 0,7% çoxdur.


Eyni zamanda AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 555,4 milyon ABŞ dolları və ya 5,1% artıb.

Bizim.Media

Seçilən
122
6
bizim.media

7Mənbələr