Bakı.Trend:
Yanvarın 7-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10kV-luq 1 saylı hava xəttində təmir işi aparılacaq.
Trend xəbərverir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dəkşəhər ərazisinin bir hissəsində və rayonun Köhnə Amankənd, Muğan,Yuxarı Ağalı kəndlərində elektrik enerjisinin verilişindəməhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər dahakeyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.