ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranda kütləvi etirazlar artıq 10-cu gündür davam edir və 27 əyalətdə azı 92 şəhəri əhatə edib. Media məlumatlarına görə, etirazçılar Abdanan və Mələkşahi şəhərlərinə nəzarəti ələ keçiriblər.
KONKRET.az xəbər verir ki, bir sıra bölgələrdə aksiyalar sərt qarşıdurmaya çevrilib: avtomobillər və dövlət bayraqları yandırılır, təhlükəsizlik qüvvələri ilə toqquşmalar qeydə alınır.
https://konkret.az/cloud/uploads/2026/01/yvyva3.mp4
Tehranda etirazçılar küçələrdən birini Donald Trampın adı ilə adlandıraraq ondan dəstək istədiklərini bildiriblər.
https://konkret.az/cloud/uploads/2026/01/video_2026-01-07_08-54-59.mp4
İran mediasının yaydığı xəbərlərə əsasən, indiyədək 2 mindən çox şəxs saxlanılıb, ən azı 36 nəfər həlak olub; ölənlər arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları da var. Ümumilikdə 285 etiraz ocağı qeydə alınıb və hüquq-mühafizə orqanlarının zorakılığının artdığı bildirilir.
https://konkret.az/cloud/uploads/2026/01/video_2026-01-07_08-54-51.mp4
https://konkret.az/cloud/uploads/2026/01/video_2026-01-07_08-54-06.mp4
https://konkret.az/cloud/uploads/2026/01/video_2026-01-07_08-53-58.mp4
https://konkret.az/cloud/uploads/2026/01/video_2026-01-07_08-53-52.mp4
https://konkret.az/cloud/uploads/2026/01/video_2026-01-07_08-53-39.mp4
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.