ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Suriyanın Hələb şəhərində vəziyyət gərginləşib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, şəhərdə Hələb hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb, dövlət qurumları və təhsil müəssisələri bağlanıb, kütləvi toplaşmalara qadağa qoyulub.
Şeyx Məqsud və Əşrəfiyyə rayonlarında Suriyanın keçid hökumətinə bağlı qüvvələrlə kürd silahlı dəstələri arasında silahlı toqquşmalar baş verib.
Qarşıdurmalar nəticəsində ölən və yaralananların olduğu bildirilib.
Qeyd olunub ki, hakimiyyət Hələbə əlavə hərbi texnika göndərib. Yanvarın 7-də şəhərdə bütün təhsil müəssisələrində dərslər ləğv edilib./Teleqraf
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.