Münaqişə əsasən sivil əhali arasında itkilərə səbəb olub...
Suriyanın Hələb şəhərində hökumət qüvvələri ilə kürdlərin rəhbərlik etdiyi silahlı qruplar arasında baş verən toqquşmalar nəticəsində ən azı yeddi nəfər ölüb, onların əksəriyyəti mülki şəxslərdir.
Poliqon xəbər verir ki, bu barədə France Precce Agentliyi məlumat yayıb.
Hər iki tərəf bir-birini döyüşləri başlatmaqda ittiham edir. Mart ayında yarımuxtar kürd administrasiyası ilə Suriya yeni hökuməti arasında birləşmə sazişinin həyata keçirilməsi dayanıb və gərginlik zaman-zaman toqquşmalara çevrilir. Xüsusilə Hələbdə iki rayon var ki, orada kürd əhalisi üstünlük təşkil edir və münaqişələr əsasən bu bölgələrdə baş verir.
Analitiklər bildirirlər ki, Hələbdə gərginlik bölgədəki siyasi və hərbi balansın hələ də qeyri-sabit olduğunu göstərir və sülh sazişlərinin icrası hələ də çətin görünür.
Poliqon.info