Ayna saytına istinadən ain.az xəbər verir.
"Biz həmçinin diplomatiya sahəsində addımlarımızı ətraflı müzakirə etdik"
Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla görüşüb və gələcək diplomatik addımları ətraflı müzakirə edib. AYNA.AZ xəbər verir ki, bu barədə Zelenski sosial media hesabında yazıb.
Qeyd edək ki, dünən Parisdə "İstəklilər koalisiyası"nın sammiti keçirilib və Zelenski Fransa paytaxtına səfər edib.
Ukrayna lideri bildirib ki, Makronla görüşündə Ukraynanın Rusiya terrorizminə qarşı mübarizə aparmaq üçün real imkanları, eləcə də Ukraynanın diplomatik mövqeyini gücləndirə biləcək müdafiə və dəstək məsələləri müzakirə edilib.
"Biz həmçinin diplomatiya sahəsində addımlarımızı ətraflı müzakirə etdik", - deyə o paylaşıb.
Zelenskinin sözlərinə görə, "İstəklilər koalisiyası"nın Parisdə keçirilən sammiti təmsilçi iclasdır, çünki orada dövlət liderləri, beynəlxalq təşkilatların rəhbərləri, nazirlər və səfirlər iştirak ediblər.
“Biz vacib siyasi addımlar hazırlayırıq. Diplomatiya və real yardım əl-ələ verməlidir. Rusiya ölkəmizə zərbələr endirməyə davam edir və indi insanlarımızı, icmalarımızı və vacib infrastrukturumuzu qorumaq üçün hava hücumundan müdafiə sistemlərimizi gücləndirməliyik”, - deyə Zelenski əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.