AZ

Makron da Ukraynada fransız əsgəri yerləşdirmək fikrindədir

Yazını böyüt
Yazını kiçilt

Atəşkəs imzalandıqdan sonra sülhün qorunması məqsədilə Ukraynada bir neçə min fransız əsgəri yerləşdirilə bilər.

Hafta.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “France 2” telekanalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, həmin qüvvələr birbaşa döyüş əməliyyatlarında iştirak etməyəcək.

Makron Parisdə Kiyevin müttəfiqləri ilə keçirilən görüşdən sonra qeyd edib ki, Fransa çoxmillətli hərbi qüvvələrin tərkibində Rusiya–Ukrayna sərhədinə nəzarət missiyalarında iştirak edəcək:

“Biz Ukrayna ordusunun yenidən formalaşdırılmasına töhfə verəcəyik”.

Fransa dövlət başçısı əlavə edib ki, söhbət sülhün əldə olunmasından sonrakı mərhələdə həyata keçiriləcək əməliyyatlardan gedir və bu çərçivədə Fransa öz xarici əməliyyatlar üzrə təcrübəsindən istifadə edəcək. O bildirib ki, sərhəd zonasının pozulub-pozulmadığını müəyyənləşdirmək üçün əsas işi ukraynalılar, “İstəklilər koalisiyası” və ABŞ birlikdə aparacaq.

Makron bir daha xatırladıb ki, bu missiyanın məqsədi müharibə aparmaq deyil, əldə olunacaq sülhün təmin edilməsi və sabitliyin qorunmasıdır.

Seçilən
77
2
hafta.az

3Mənbələr