AZ

Venesuela əməliyyatında ABŞ ın yaralanan hərbçilərinin sayı yeddidir

ain.az, Lent az portalına istinadən məlumat verir.

ABŞ-ın Venesuelaya qarşı keçirdiyi əməliyyat zamanı yeddi amerikalı hərbçi yaralanıb.Lent.az xəbər verir ki, bu barədə "Fox News" mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, yaralananlardan beşi artıq xidmətə qayıdıb, digər iki hərbçi isə sağalma prosesini davam etdirir. ABŞ administrasiyasının adı açıqlanmayan rəsmisi bildirib ki, yaralılar yüksək səviyyəli tibbi yardım alırlar və vəziyyətləri yaxşılaşır.

"Associated Press" isə qeyd edir ki, hərbçilər odlu silah və qəlpə yaraları alıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
4
lent.az

5Mənbələr