AZ

Filippin sahillərində güclü zəlzələ baş verib

ain.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Filippin sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Santyaqo şəhərindən 27 kilometr şərqdə, əhalisi təxminən 150 min nəfər olan ərazidə yerləşib. Yeraltı təkanların ocağı 58 kilometr dərinlikdə olub.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
76
4
yeniazerbaycan.com

3Mənbələr