Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə danışmaq istədiyini bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə "France 2" telekanalına verdiyi müsahibədə danışıb.
"Hər şey qısa müddətdə təşkil olunmalıdır. Əlaqə hazırda bərpa olunur və yaxın həftələrdə baş tutmalıdır", - deyə Fransa Prezidenti bildirib.
Makron qeyd edib ki, dialoq mümkün qədər tez baş tutmalıdır.
Bundan əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirmişdi ki, "könüllülər koalisiyası" üzvləri ABŞ-dan dəstək alan Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı çərçivə sənədi təqdim ediblər.